Əli Həsənov işıq böhranı barədə: "...qəzadır, insanların narahat olmağına əsas yoxdur"

fhn
Image caption Hadisədən iki saat keçdikdən sonra 28 May metrosu qarşısına FHN hərbiyyəsi gəlib

Prezidentin köməkçisi Əli Həsənov BBC News Azərbaycancaya işıq böhranı ilə bağlı bildirib ki, bu adi qəzadır.

O müxbirimizə bildirib ki, insanların narahat olmağına əsas yoxdur, hər hansı təxribat yoxdur, işığın bərpa edilməsi yönündə Dövlət Komissiyası yaradılıb, yaxın zamanda elektrik bərpa olunacaq.

Səhiyyə Nazirliyi bugün Bakı metrosunda 17 nəfərin halı pisləşdiyini, 5 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

"Onların həyati təhlükəsi yoxdur", - APA Nazirliyə istinadən yazıb.

Balakəndən verilən məlumata görə, kəndlərin bəzilərində hələ də işıq yoxdur. Elektrik problemin görə, qatara bilet almaq da mümkün deyil.

Bakı-Sumqayıt qatarının fəaliyyətində də problemlər yaranıb.

Hazırda 28 may metrosunun qarşısında olan müxbirlərimiz deyirlər ki, təxminən 9 radələrində əraziyə Fövqəladə Hallar Nazirliyinin hərbiyyəsi gəlsə də, bəziləri ərazini tərk edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatnına görə, elektrik enerjisinin kəsilməsindən bir neçə saatdan Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub.

Bakı Metropoliteni isə bildirib ki, metroda qatarların hərəkəti bu axşam bərpa edilməyəcək.

Elektrik enerjisi "bərpa edilib"

Energetika Nazirliyi və "Azərenerji" ASC ilə birgə bildirib ki, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

"Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir", - məlumatda deyilir.

Məlumata görə, 3 iyulda Mingəçevirdəki Azərbaycan İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib. Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb, APA yazır.

Sosial şəbəkə istifadəçiləri bəzi şəhər və rayonlarda elektrik enerjisinin bərpa edildiyini bildirir.

Metroda vəziyyət

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
28 May Metro stansiyasının yanında polislə qarşıdurma

Hadisə baş verən andan, təxminən 6.30 -7 radələrindən bəri 28 May stansiyasında olan müxbirlərimiz içəridən çıxan iki nəfərin "ürəyinin getdiyini" görüblər:

"20.20 radələrində metronun girişində işıqlar yandı. Yaxınlarını gözləyən insanlar polislərlə mübahisə edirlər. Su yoxdur, təcili tibbi yardım maşını bir ədəddir.

Sərnişinləri polislər çıxardığı görünür, çünki içəridən çıxan polislərin geyimləri yaşdır.

Oğlunun Gənclik metrosundan çıxarıldığını deyən bir qadın dedi ki, oğlu ona deyib ki, hadisə baş verdiyi andan 20 dəqiqə sonra onları təxliyə etməyə başlayıblar. Bu səbəbdən insanların halı pisləşib".

Bakıda metronun bütün stansiyalarına giriş bağlanıb. Bu barədə BBC News Azərbaycancaya "Bakı metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
28 may metro stansiyasından təxliyə

Onun sözlərinə görə, Bakı Metropoliteni elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bağlanıb.

"Hazırda təxliyə ilə bağlı müvafiq təlimat tələbləri yerinə yetirilir. Hazırda qatarlarda insanların qalıb-qalmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir".

Nə baş verib?

AzerEnerji ASC-nin sözçüsü Yahya Babanlı BBC News Azərbaycancaya bildirib ki, elektrik enerjisinin kəsilməsinin səbəbi hələ ki, məlum deyil.

O, elektrik enerjisinin kəsilməsinin araşdırıldığını və araşdırma bitdikdən sonra ictimaiyyətə məlumatln veriləcəyini deyib.

Təxliyə

28 May metrosunun qarşısında olan müxbirlərimiz deyirlər ki, stansiyada qalan sərnişinlər var: Hazırda onların təxliyyəsi üçün iş aparılır və hər ehtimala qarşı təcili tibbi yardım maşını da çağrılıb.

BBC News Azərbaycancaya metrodan verilən məlumata görə, 28 May stansiyasındakı sərnişinlər Gənclik metro stansiyasından çıxarılır.

Image caption 28 may stansiyasında işıqlar qəflətən kəsilib

Bakı Nəqliyyat Agentliyi təkrar baş verən elektirik kəsintisi ilə əlaqədar bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verib.

Bundan əvvəl, iyulun 2-dən 3-ə keçən gecə Bakı, Sumqayıt, Mingəçevir, Balakən və digər şəhərlərdə elektrik enerjisi tamamilə kəsilib.

Yanğın söndürüldükdən sonra, bir neçə saat ərzində ölkənin bir çox rayonunda enerji bərpa olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş