İşıqlar ölkə boyu söndükdə nə etdiniz?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakıda sorğu: İşıqlar ölkə boyu söndükdə nə etdiniz?

İyulun 2-dən 3-ə keçən gecə Bakı, Sumqayıt, Mingəçevir, Balakən və digər şəhərlərdə elektrik enerjisi tamamilə kəsilib.

"Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb", rəsmi məlumatlarda hadisənin səbəbi izah edilib.