Prezident Administrasiyası: "…Gəncə şəhərində cinayət hadisəsi baş verib"

Prezident Administrasiyası Fotonun müəllifi AzerTAG
Image caption Prezident Administrasiyası

"Mingəçevirdəki İES-də qəzadan sonra "proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib", Prezident Administrasiyası yaydığı məlumatda bildirib.

Image caption Ölkə boyu əhali saatlarla işıqsız qalıb

Azərtac xəbər verir ki, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb.

Prezident Administrasiyası bildirib ki, hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir.

Fotonun müəllifi APA
Image caption Elmar Vəliyevin xəstəxanada olduğu bildirilir

"Təəssüf ki, əhali Mingəçevirdəki İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib", məlumatda deyilir.

Prezident Administrasiyası bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

"Cinayəti törədən şəxs saxlanılıb və məsuliyyətə cəlb edilib", rəsmi qurum açıqlayıb.

Image caption İyulun 3-də axşam saatlarında Bakı metropolitenində elıektrik enerjisi kəsiləndən sonra tuneldə sərnişin dolu qatarlar qalmışdı

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-da qəza baş vermiş, ölkə boyu bir çox bölgələr, o cümələdən Bakı saatlarla işıqsız qalmışdı.

İyulun 3-də bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə saat sonra təkrar qəza nəticəsində ölkədə yenidən işıq böhranı yaranmışdı. İyulun 3-ü axşam saatlarında elektrik enerjisi bərpa olunsa da, Bakı metropoliteni dünəndən bəri fəaliyyyətini dayandırıb.

Elektrik enerjisinin kəsilməsindən sonra bir çox yerlərdə su problem yaşanıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova isə iyulun 3-də odlu silahdan atəş açılıb. Hadisə sosial mediada geniş müzakirəyə səbəb olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş