Avropa Parlamenti məhbusların azadlığının Azərbaycan-Aİ sazişi üçün şərt olmasını istəyir

Avropa Parlamenti Fotonun müəllifi Getty Images

Çərşənbə günü qəbul etdiyi qətnamədə Avropa Parlamenti, Avropa İttifaqına gələcəkdə Azərbaycanla bağladığıı razılıqlarda siyasi məhbusların azad edilməsini ətraflı razılığın ratifikasiyası üçün şərt olduğunu Azərbaycan hökumətinə xatırlatmaq tövsiyə edib.

Avropa Parlametinin (AP) xarici işlər komitəsindən məruzəçi Norica Nicolai-ın hazırladığı qətnamə üzrə səsvermədə, 47 deputat səs verməkdən imtina edib.

Digər deputatlardan 564-ü sənədin lehinə, 69-u isə əleyhinə səs verib.


Həmçinin oxuyun:


Qətnamədə həmçinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində öhdəliyi və QHT-ləlrin bu prosesdə iştirakının təmin olunmasının da ətraflı razılığın ratifikasiyası üçün şərt olduğunun xatırladılması tövsiyə edilib.

AP deputatları Aİ-ə Azərbaycanla razılığın böyük şirkətlərlə yanaşı kiçik və orta həcmli şirkətlərin də xeyrinə xidmət göstərməsini təmin etməyi, razılığı 2019-cu ildə Şərq Əməkdaşlığı Sammitində imzalanmasına hazır şəkilə gətirmək üçün sürətlə həyata keçirməyi tövsiyə ediblər.

İnsan hüquqlarının, qanunun aliliyinin və fundamental hüquqların təminatı ilə yanaşı, ticarət qaydaları, enerji və digər sahələrdə əməkdaşlığa dair tövsiyələr də qətnamədə öz yerini tutur.

Sənəddə Aİ-yə İlqar Məmmədov, Əfqan Muxtarlı, Mehman Hüseynov, İlkin Rüstəmzadə, Seymur Həzi, Rəşad Ramazanov, Elçin İsmayıllı, Qiyas İbrahimov, Bayram Məmmədov, Asif Yusifli və Fuad Qəhrəmanlının dərhal azad edilməsinə nail olması tövsiyə edilib.

Qətnamədə həmçinin Aİ-yə Xədicə İsmayılova və İntiqam Əliyevin Azərbaycandan çıxışına qoyulan qadağanın qaldırılmasına nail olması tövsiyə edilib.

Azərbaycan hökumətinə tələblərlə yanaşı, qətnamədə həmçinin Aİ-yə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərə yardım göstərmə proqramlarına dəstək göstərməsi və Trans Avropa Nəqliyyat Şəbəkəsini Azərbaycana uzadılmasını təşviq etmək tösviyə edilib.

Sənəd həmçinin Avropa İttifaqını danışıqları mümkün olduqca şəffaf şəkildə həyata keçirməyi və Avropa Parlamentinin danışıqların hər bir mərhələsi barədə məlumatlandırmağa çağırır.

Bu sənəddəki tövsiyələrin digər Aİ qurumları tərəfindən qəbul edilməsi məcburi deyil, lakin Avropa İttifaqının qanunlarına əsasən, Avropa İttifaqının bağladığı bəzi mühüm sazişlərin qəbul edilməsi üçün AP-nin razılığı lazımdır.

AP bu cür sazişləri veto etmək hüququna malikdir.

Bu barədə daha geniş