Yardımlıda meşə yanğını: "Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fotonun müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Yardımlıda meşə yanğını bu gün lokallaşdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Nazirlik bildirib ki, bir neçə ərazidə tüstülənmə müşahidə olunur.

"Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub", məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyi bundan əvvəl bildirib ki, iyulun 5-də gecə saatlarında Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.

Fotonun müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub", - nazirliyin məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır.

Fotonun müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu barədə daha geniş