Mingəçevir İES-də yenidən yanğın olub və söndürülüb

azerenerji.gov.az Fotonun müəllifi azerenerji.gov.az

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, iyulun 5-də səhər saatlarında "Azərbaycan İES" MMC-nin ərazisində yanğın olması barədə məlumat alıblar.

Məlumatda deyilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb.

Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğınla bağlı ilk məlumatlar sosial mediada yayılmış və "Azərbaycan İES"-də sonuncu yanğına aid olduğu iddia edilən video görünrtülər yayılmışdı.

Iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi. Bəzi yaşayış məntəqələrində hələ də bu problem davam etməkdədir.

Prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə bildirib ki, bu qəza nəticəsində ölkə iqtisadiyyatın, o cümlədən, neft sənayesinə ciddi zərər dəyib.

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
28 may metro stansiyasından təxliyə

Bu barədə daha geniş