Gəncənin İH başçısına sui-qəsddə təqsirləndirilən Yunis Səfərova nə olub?

Elmar Vəliyev Fotonun müəllifi APA
Image caption Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iyulun 3-cü silahlı hücuma məruz qalmışdı.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və üzərində xəsarət izləri olan şəkillərin Gəncə icra hakimiyyəti başçısısına sui-qəsddə ittiham edilən Yunus Səfərova məxsus olduğunu təsdiqləyib, ancaq onun bu xəsarətlərinin "işgəncə nəticəsində almadığını" deyib.

Polis Yunus Səfərovun sui-qəsd olayından sonra saxlanarkən polisə müqavimət göstərdiyi və xəsarətləri də bu zaman aldığını bildirib.

Yunis Səfərov iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsddə təqsirləndirilir.

Baş Prokrurorluq bəyan edib ki, Yunis Səfərova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.27-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb.

Çərşənbə günü Gəncədə doğulmuş və hazırda Rusiya vətəndaşı olduğu iddia edilən 35 yaşlı Yunis Səfərovun sosial şəbəkələrdə yayıldığı şəkilləri bir çox hüquq müdafiəçisini narahat edib.

Həmin günü APA-ya verdiyi müsahibədə DİN-in mətbuat xidməti sosial şəbəkələrdə yayılan şəkillərdə Yunis Səfərovun təsvir olunduğunu təkzib edib.

Lakin DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov cümə axşamı günü APA-ya və BBC News Azərbaycancaya sosial şəbəkələrdə yayılmış şəkillərdəki şəxsin Yunis Səfərov olduğunu təsdiqləyib.

DİN sözçüsüb bildirib ki, şəkillərdə görünən xəsarətlər işgəncə nəticəsi deyil və Yunis Səfərov "cinayəti törətdikdən sonra, cinayət yerindən qaçmaq istərkən polis əməkdaşları onu yaxalayanda polis əməkdaşlarına qarşı müqavimət göstərib. Polis onu zərərsizləşdirmək üçün güc tətbiq edib. Onu vurub yerə yıxaraq zərərsizləşdirib...Amma o istintaqa təqdim olunandan sonra ona heç bir təyziq göstərilməyib."

Şəkillərin necə yayıldığı barədə suala gəldikdə, Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə bunu "kimlərin yaydığını bilmir". O, deyib ki, "orada insan kütləsi çox idi".

Bundan dərhal sonra o, BBC News Azərbaycancanın müxbirilə söhbəti kəsib.

Yünis Səfərovun tibbi yardımla təmin olub-olmadığı aydınlaşdırmaq mümkün olmayıb.

Baş prokurorluğun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, şəkillərlərin sosial şəbəkələrdə necə və kim tərəfindən yayılmasl və o cümlədən digər məqamlarla bağlı məsələlərə araşdırma apardıqdan sonra cavab veriləcək.

Rəsmi məlumata görə icra başçısına qarşı silahlı hücum Gəncə Şəhər İH-nin binasınn qarşısında baş verib. DİN-in təsdiqlədiyi fotoşəkillərdə isə Yunis Səfərovun qapalı yerdə, iki divar arasında küncə yaxın döşəmədə uzandığı görünür.

Sosial şəbəkələrdə yayılan şəkillərə münasibətini bildirən hüquq müdafiəçiləri Yunis Səfərovun işgəncəyə məruz qaldığını ehtimal ediblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyib ki, "Gəncə Şəhər İH başçısına sui-qəsd edən şəxsə işgəncə verilməsi faktiki olaraq DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin dünən və bu gün yaydığı ziddiyyətli bəyanatlarla öz təsdiqini tapır".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) QHT-nin sədri Anar Məmmədli isə qeyd edib ki, "Törətdiyi cinayətdən asılı olmayaraq, hər kəsə saxlandığı andan insani rəftar nümayiş etdirilməli, vəkillə təmin olunmalı, ailə üzvləri ilə əlaqə saxlamaq imkani tanınmalıdır".

Bu barədə daha geniş