Bakı aeroportu : "Monitorlarda problem yaranıb"

Hava limanındaki monitorların ekranında göy rəngdə, əlaqəsiz yazılar görünüb.
Şəklin alt yazısı,

Hava limanındaki monitorların ekranında göy rəngdə, əlaqəsiz yazılar görünüb.

İyulun 7-də Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında sıxlıq yaranıb.

Hava limanındaki monitorların ekranında göy rəngdə, əlaqəsiz yazılar görünür. Bu barədə hava limanında olan BBC News Azərbaycancanın müxbiri xəbər verib.

Onun sözlərinə görə, London reysinə qeydiyyat çox gecikir və nəticədə uzun növbə yaranıb.

Muxbirimiz aeroporta əvvəlki vaxtlarla müqayisədə her zamankindan çox sıxlıq və ləngimə müşahidə edib.

Aeroport işçisi ona "bəzi problemler var" deyib.

Hava limanı işçisi onu da bildirib ki, işıqlar sönən gündən ekranda belə bir problem yaranıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC News Azərbaycancaya açıqlamasında bunu "bir-iki monitordakı texniki problem" adlandırıb.

"İnformativ monitorların uçuşların qeydiyyatına aidiyyəti yoxdur, bir-birilə bağlı olmayan sistemlərdir" Paşa Kəsəmənski belə deyib.

O, həmçinin Londona qeydiyyatla bağlı "vəziyyətin gərgin" olmadığını deyib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermis və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi.

Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

Elektrik böhranı yaranan zaman AZAL rəsmiləri aeroportda problem yaranmadığını bildirmişdilər.