Qubada kanat qopub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Quba Palace Hotel / Facebook Fotonun müəllifi Quba Palace Hotel / Facebook
Image caption Quba Palace Hotel

Bu gün saat 13:00 radələrində Qubada 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən hadisə baş verib.

Bu barədə BBC News Azərbaycancaya Quba rayon icra hakimiyyətindən bildirilib.

İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorundan bildirilib ki, Quba Palace Hoteldə (Əvvəlki adı Quba Rixos) kanatın qopması nəticəsində bir nəfər həlak olub, digər iki nəfər isə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

"Xəstələrdən biri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb", qurumdan bildirilib.

Quba Palace Hoteldən BBC News Azərbaycancaya bildirilib ki, həlak olan və yaralanan şəxslər Rusiyaya məxsus "Скадо строй монтаж" tikinti şirkətinin əməkdaşları olublar. Otelin marketinq şöbəsinin direktoru Ceyhun Yəhyayev deyib ki, tikinti şirkəti iyunun 23-dən otelin kanat yolunda planlı təmir işləri aparıb və bu müddətdə kanat yolu bağlı olub.

Otelin Facebook hesabında yerləşdirdiyi məlumata görə, kanatın uzunluğu 650 metrdir və 6 nəfərlikdir.

Bu barədə daha geniş