Futbol həvəsi olan uşaqlar hansı sınaqlardan keçir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycan: Futbola həvəsi olan uşaqlar hansı sınaqlardan keçir?

Fərid Cavadlı 4-cü sinifdə oxuyur. O, 2 ildir Xətai uşaq futbol klubunda məşq edir.

Səhərlər erkən oyanmaq asan olmasa da, futbola olan həvəsi şirin yuxuya qalib gəlir.

Fərid deyir kumiri portuqaliyalı futbolçu Ricardo Quaresma-dır.

Həftədə 3 dəfə məşqə gedən Fəridin futbolu seçməsi heç də asan olmayıb.

Fəridin anası Tamilla Qafarova deyir "əvvəl elə bilirdim ki, bu keçici həvəsdir və keçib gedəcək, amma onu futbola qoyanda gördüm ki, həvəsi birə-beş artdı. İndi bunu zamana və Fəridin öz öhdəsinə buraxmışam".

Fəridin məşq etdiyi Xətai futbol uşaq futbol klubunun məşqçisi Cəmaləddin Babayev deyir ki, uşaqların futbola cəlb edilməsi üçün bir neçə şərt tələb olunur.

"Mütləq uşaq futbol akademiyaları olmalıdır, gənclər nəzarətsiz qalmamalıdır, elə olsa uşaqlar həm futbol oynayar, həm də dərslərindən geri qalmazlar".

Klubun yaradıcılarından olan Rəhman Abbasov deyir ki, klub təzə yaransa da, azyaşlılar arasında ölkə çempionatında ilk onluğa düşə bilib.

Rəhman Abbasovun sözlərinə görə, "çempionatın hər bir oyununa çıxmaq uşaqlar üçün böyük təcrübədir. Biz uduzmaqdan qorxmurduq, utanmırdıq. Məşqlər, oyunlar göstərdi ki, uşaqlar tez bir zamanda onlara öyrədilmiş müəyyən incəlikləri həyata keçirə bildilər".

3 il Neftçi klubunda məşqçi olmuş Ramiz Hüseynov deyir ki, Azərbaycanda futbola maraq və diqqət artmaqdadır.

Onun sözlərinə görə, klubda gənc futbolçuların yetişməsi üçün şərait yaradılıb.

Hazırda klubda baş məşqçi olan Ramiz Hüseynov deyir: "Uşaqları valideynlər də gətirir, biz özümümüz də gedirik məktəblərə baxırıq. Görürük ki, bir balaca yaxşı uşaq var onlarla, valideynləri ilə danışırıq ki, belə bir klub var, əgər istəyirsizsə gələ bilərsiz və biz gücümüzü o uşağa sərf etməyə hazırıq.

Fərid inanır ki, bir gün o da ulduz futbolçu olacaq. O, bunun zəhmətli məşqlərdən keçdiyini bilir və buna görə də öz üzərində saatlarla çalışır.

Əlaqəli mövzular