Ermənistan: "Azərbaycanın ələ keçirdiyi diversant deyil"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, müharibə əhvalı, cəbhə bölgəsi, cəbhə, Qazax, cəbhədə əməliyyat, Ermənistan, diversiya, təkzib Fotonun müəllifi Reuters

Azərbaycan dövlət sərhədində Ermənistan diversantı ələ keçirildiyini bildirir. Ermənistan onun mülki vətəndaş olduğunu deyir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonunda Ermənistan tərəfindən kəşfiyyat-diversiya qrupunun müdaxilə etmək cəhdi barəsində məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Ermənistan Müdafiə Nazirliyi rəsmən bəyan edir ki, Ermənistanın Tavuş vilayəti Berdavan kəndinin sakini Karen Qazaryan Ermənistan Silahlı Qüvvələrində xidmət etmir və heç vaxt xidmət etməyib", - öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan yazıb.

Artsrun Hovhannisyan Ermənistan müdafiə naziri David Tonoyanın hərbi əsir və girov düşən şəxslərin işləri üzrə idarələrarası komissiyanın üzvü kimi Karen Qazaryanın qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan ofisinə müraciət etdiyini bildirir.

Ermənistan Polisi mətbuat xidmətinin rəsmisi Aşot Aharonyan isə Facebook səhifəsində qeyd edib ki, Karen Qazaryanın səhhəti ilə problemləri olduğuna görə, 2013-cü ildən "müvafiq tibbi müəssisə tərəfindən qeydə alınıb və hərbi xidmətə aidiyyəti yoxdur".

Polis rəsmisi Qazaryanın Azərbaycan tərəfinə düşməsi ilə bağlı araşdırma aparıldığını bildirir.

Fotonun müəllifi MOD.GOV.AZ
Image caption Karen Qazaryan Azərbaycan tərəfinə "kəşfiyyat-diversiya əməliyyatına" gəldiyi iddia olunur.

Berdavan kənd icma başçısı Smbat Muğdusyan isə jurnalistlərə deyib ki, Azərbaycan Müdafiə Nazirliyinin saytında dərc edilən şəkildəki Karen Qazaryanın özüdür, lakin "Karenin əynindəki paltar və papaq onunku deyil".

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan "kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib".

"Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır", - məlumatda deyilir.

Azərbaycan Müdafiə Nazirliyi hadisə zamanı Azərbaycan Ordusunun bölmələrinin itki vermədiyini qeyd edir.

Bu barədə daha geniş