BP-nin Gəncədə saxlanan əməkdaşı sərbəst buraxılıb

BP, BP azərbaycan, neft şirkəti əməkdaşı, neft şirkətinin əməkdaşı tutulub, gəncə hadisələri Fotonun müəllifi PA
Image caption British Petroleumun Gəncədə saxlanmış əməkdaşı bazar günü sərbəst buraxılıb.

British Petroleumun (BP) Gəncədə saxlanmış əməkdaşı bazar günü sərbəst buraxılıb.

BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı BBC News Azərbaycancaya deyib ki, onların əməkdaşı artıq azadlıqdadır.

Tamam Bayatlı həmin əməkdaşın kimliyi və vəzifəsi barədə məlumat verməkdən imtina edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları BP-nin əməkdaşını iyul ayının 10-da Gəncədə, qaldığı otelin qarşısında saxlayıb. Ona qarşı irəli sürülən ittiham açıqlanmayıb. Təsdiqlənməyən məlumatlara görə, o, baş verən hadisələri telefonla çəkdiyinə görə saxlanıb.

İyul ayının 10-da Gəncədə bir qrup şəxs şəhərin mərkəzi meydanına toplaşmış, iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri isə xəsarət almışdı. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri öldürülmüş, digəri həbs edilmişdi.

Hüquq mühafizə orqanları bu hadisə ilə bağlı Gəncədə 11 nəfərin həbs olunduğunu bildirir.

Bundan əvvəl isə, iyulun 3-də vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusiya vətəndaşı olan Yunus Səfərov adlı şəxs Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum etmiş, onu və mühafizəçisini ağır yaralamışdı.

Hüquq-mühafizə orqanları hadisəni "terror" kimi qiymətləndirmiş, Yunus Səfərovun xarici ölkələrdə "terror qruplaşmalarına bağlı olduğunu" iddia etmişdi.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.

Bu barədə daha geniş