Sumqayıtda "saxlanılanlar var"

Sumqayıt İH Fotonun müəllifi Sumqayıt İH

Bazar günü Gəncədə baş verənləri Sumqayıtda təkrarlamağı planlaşdırdığı iddia olunan 18 nəfərin saxlanıldığı barədə xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya məlumatı nə təsdiq, nə təkzib ediblər.

İddia edilir ki, həmin şəxslər Gəncədə baş verən hadisələri Sumqayıtda təkrarlamağı, "iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı" planlaşdırıblar. Saxlanan şəxslərin "radikal dini qrupların" üzvləri və "radikal müxalifət tərəfdarları" olduqları iddia edilir.

İyulun 10-da Gəncədə bir qrup şəxs şəhərin mərkəzi meydanına toplaşmış və iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri yaralanmışdı. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri öldürülmüş, digəri həbs edilmişdi. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağı Gəncədə 11 adamın həbs olunduğunu bildirir.

Bundan əvvəl isə, iyulun 3-də vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusoya vətəndaşı olan Yunus Səfərov adlı şəxs Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum etmiş, onu və mühafizəçisini ağır yaralamışdı.

Hüquq-mühafizə orqanları hadisəni "terror" kimi qiymətləndirmiş, Yunus Səfərovun xarici ölkələrdə "terror qruplaşmalarına bağlı olduğunu" iddia etmişdi.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.

Bu barədə daha geniş