Azərbaycan: Piyadalar üçün cərimələr ikiqat artdı

yol, cərimə, piyadaların cəriməsi
Image caption Magistral yoldan qanunsuz keçənlər 40 manat cərimələnəcək

Piyadalar yolun qadağan olunmuş hissəsindən keçməsinə görə 40 manat çərimə ödəyəcəklər.

Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdə göstərilib.

Prezidentin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər artıq qüvvədədir.

Məcəlləyə yeni əlavəyə görə, sürəti həddi 80 km/saat və daha artıq olan yolda piyada qadağan olan yerlərdən yolu keçmək istəsə, bu ona 40 manat cəriməyə başa gələcək.

Bu bənd İnzibati Xətalar Məcəlləsinə yeni əlavə olunub.

İndiyə qədər qadağan olunmuş avtomobil yollarından piyadanın keçməsinə görə 20 manat cərimə nəzərdə tutulurdu və sürət həddi nəzərə alınmırdı.

Məsəlləyə görə 20 manat cərimə yenə də öz qüvvəsində qalır. Amma bu sürət həddi 80 km/saatdan az yollarda qaydanı pozan piyadalara tətbiq olunacaq.

Baş Dövlət Yol Polisi idarəsinin məlumatına görə, ötən il yol-hərəkət qaydasını pozan 88 minə yaxın piyada inzibati qaydada cərimələnib.

Bu barədə daha geniş