Bakı "Şanxay"ı: dəmiryolu xətlərindəki qəsəbə

Gecəqonduların yaxınlığında ARDNŞ-in göydələnləri ucalır
Image caption Gecəqonduların yaxınlığında ARDNŞ-in göydələnləri ucalır

Bakının ətrafında yerləşən, "Şanxay" adlandırılan qəsəbəni sökürlər. Dəmiryolu xətti boyunca kortəbii şəkildə tikilən evlər yarım əsrdən sonra şəhərin ən yoxsul və təhlükəli rayonlarından birinə çevrilib.

"Birinci sinifə getdiyi gündən cəmi altı gün sonra o, qatarın altında qalmışdı ", - deyə yaşı təqribən 50 olan, bəstəboy, qaraşın qadın Gülqayıb əlil oğlu barədə danışır.

Dəmiryolları arasında qol-budaq atmış tut ağacının yaxınlığında uşaqlar topla oynayırlar.

"Qatar onu çəkdi və yerlə sürüklədi, adamlar qışqırmağa başladılar. Xatırlayanda özümü piss hiss edirəm. O zaman mən yorğan sırıyırdım və birdən qışqırıq eşitdim və çölə qaçdım. Baxdım ki, onu gətirirlər. Yaxşı ki, qatar onu hissələrə ayırmamışdı ",- deyə o danışır.

Gülqayıb Bakının "Şanxay"ında yaşayır. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsini belə adlandırırlar.

ARDNŞ binasının kölgəsində yerləşən bu qəsəbə sıx şəkildə yerləşən birmərtəbəli gecəqondulardan ibarətdir, hansı ki, iki dəmiryolu xətti keçir. Ən yaxın evlər yolun cəmi bir-iki addımlığındadır.

Gülqayıbla söhbət zamanı qatarın fiti eşidilir, daha sonra artıq sökülmüş evlərin arxasından boş qatar görünür. Uşaqlar tələsmədən relslərin üzərindən kənarlaşırlar, görünür bu onlar üçün adi haldır.

"Burada nə qədər uşaq həlak olub. Qonşunun uşağını qatar hissələrə bölmüşdü... televizorda göstərmişdilər", Gülqayıb başını yelləyərək danışır.

Onun sözlərinə görə, belə faciəvi hadisələrdən sonra onlar müxtəlif instansiyalara şikayət ediblər. Lakin rəhbərlik baş verən hadisələrdə qeyri-qanuni ev tikən sakinlərin günahkar olduğunu bildirib.

"Şanxay"ın ilk sakinləri kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gəlməyə başlayıblar.

Onlar Sovet dövrü zamanı burada olan beton zavodunun işçiləri olub. Onların arxasınca isə qohumları gəlib, daha sonra isə körpələr doğulub.

İlk evlər dəmiryolu xəttindən uzaqda tikilmişdi. Lakin sonrakılar daha da yaxınlıqda tikilməyə başladı.

İkinci dalğa isə 1990-cı illərin əvvəlində gəldi. Bunlar ya Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşənlər, ya da çətin zamanlarda kənddən şəhərə gələnlər idi.

Gülqayıb özünü ikincilərə aid edir. O, bura həyat yoldaşı ilə birgə 22 il əvvəl, Lerik rayonundan gəlib. Evi onun həyat yoldaşı və qardaşı tikib.

"Materialları - daşı ordan-burdan tapırdıq",- deyə o xatırlayır.

Image caption Bu yollardan qatarlar keçmir və yerli sakinlər bu yollardan istifadə edirlər

Onun 30 kvadratmetrlik gecəqondudan savayı evi və qayıda biləcəyi yeri də yoxdur.

Dəmiryolu xəttindən uzaqda yerləşən evlərin mülk sənədləri var. Gülqayıb və onun qonşularının isə belə sənədləri yoxdur.

Lakin buna baxmayaraq onların qeydiyyatı var. Evlərə qaz, işıq, su xətti çəkilib. Hər şeyə sayğac quraşdırılıb və ailələr kommunal ödənişləri rahatlıqla edirlər.

Şanxaya kanalzasiya xəttini insanlar müstəqil şəkildə 16 il əvvəl çəkiblər.

20 nəfərə yaxın qadın etiraz əlaməti olaraq Heydər Əliyev prospektini bağladıqdan sonra yerli rəhbərlik sakinlərə boruların hardan keçdiyini və işlərin aparılacaq yerini göstərib. Bütün işlər Keşlə-Şanxay qəsəbəsinin sakinlərinin hesabına aparılıb.

Şanxay - hətta yerli standartlara görə yoxsul rayondur. Burda 3 evə bir mobil telefon düşür.

Qadınlar uşaqları tək qoymağa qorxduqları üçün işləyə bilmədirklərini deyirlər. Demək olar ki, heç kimdə internet yoxdur.

Gülqayıbın ailəsində yalnız həyat yoldaşı işləyir. Onun bütün qonşularında da demək olar ki eyni vəziyyətdir.

Image caption Şanxay - Keşlə qəsəbəsinin ən yoxsul hissəsidir

Yerli sakinlərin sözlərinə görə, 1960-80-ci illərdə qeyri-qanuni tikintilərə kimsə fikir vermirdi. Lakin yerli sakinlər iddia edirlər ki, rəhbərliyin tikintilər barədə məlumatı var idi.

"Burada xəbərsiz (rəhbərlikdən) hətta 5 torba sement gətirmək mümkün deyil. İki dəqiqə sonra Mənzil İstismar Xidmətindən (MİX) nümayəndə və sahə müvvəkkili gəlir."

Bakıda köhnə adət üzrə yerli icra nümayəndəliyini MİX adlandırılar.

Keşlə qəsəbəsinin İcra Hakimiyyətindəki nümayəndəsi Qara Qarakişiyev deyir ki, qeyri-qanuni tikililərə 90-cı illərin əvvəlindəki "qarışıqlıq" dövründə yol verilib. 1993-cü ildən sonra orda tikinti qadağan edilib.

"Fövqəladə Hallar Nazirliyi, rayon İcra Hakimiyyəti, polis buna nəzarət edir. Tikilən binaların damının örtülməsi başqa məsələdir, amma yeni evlərin tikintisi qadağandır ", - o deyir.

Nəhayət bir il əvvəl kortəbii şəkildə tikilən qəsəbənin ləğvinə, adamlara isə təzminat verilməsinə başlanıldı. Bu işlə "Azərbaycan Dəmir Yolları" QSC məşğul olur.

BBC News-un sorğusunu cavablandıran şirkət 476 qeyri-qanuni tikintinin demək olar ki, hamısının söküldüyünü bildirib. Cəmi 10 tikinti qalıb, onlar da yaxın aylar ərzində söküləcək.

Image caption Şanxayda uşaq bağçası yoxdur və uşaqlar dəmiryolu xəttinin yanında oynayırlar.

Evləri sökülənlərə 1 kvadrata görə 1000 manat (təqribən 600 ABŞ dolları) təzminat ödənilib.

Lakin yerli sakinlər bu məbləğdən şikayət edirlər və bu pula yalnız Bakıdan kənardan ev almağın mümkün olduğunu deyirlər. Şanxay qəsəbəsi isə rahat yerdə - metrodan iki dayanacaq aralıda və avtobus dayanacağının yaxınlığında yerləşir.

Şanxayda və onun ətrafında uşaq baxçası yoxdur. Ona görə də kiçik yaşlı uşaqlar bütün vaxtlarını küçədə keçirirlər. Yeri gəlmişkən, yolların ən təhlükəli yerlərində yerləşən evlərin çoxu söküldüyü gündən bu yana heç bir faciəvi hadisə baş verməyib. Birbaşa relslərin üzərində beş yaşlı oğlan velosipedini yuyur. Bu dəmiryol xəttindən qatar az hallarda - cəmi ayda bir dəfə keçir.

"Biz cədvəli bilmirik. Qatar nə vaxt istəyir, o zaman keçir ", Gülqayıb deyir. Onun sözlərinə görə, qadınların uşaqları yoldan çəkmək imkanı olması üçün Şanxaya daxil olan qatar həmişə fit verir.

"Qatarlar gecə də burdan keçir, hərdən elə səs-küylə keçir ki, yatmaq mümkün deyil", deyə şikayətlənən Gülqayıb burdan sərnişin deyil, yalnız yük qatarlarının keçdiyini söyləyir.

"Əvvəllər burdan keçmək mümkün deyildi. Hələ sovetin vaxtlarında burda evlər vardı, insanlar yolu ordan-burdan keçirdilər",- deyə qəsəbədən keçən zaman hər dəfə "ilini itirdiyini" deyən maşinist Muxtar Tağıyev danışır.

"3-4 il əvvəl burda nə qədər uşağı, nə qədər maşını qatar vurmuşdu. Yoldakı evlərin böyük əksəriyyəti söküldükdən sonra burdan keçmək asanlaşıb", deyə o etiraf edir.

Image caption Muxtar sovet dövründən bu yana maşinist işləyir

Lakin Gülqayıbın evi daha az yüklənmiş dəmiryolu xəttində yerləşir və o, söküntü işlərinin onların evinə qədər gəlib çatmayacağından qorxur.

Onun sözlərinə görə, bir qədər əvvəl adamlar gəlib, qonşuların və onun evinə rəqəmlər yazıblar.

Lakin onlar niyə gəldikləri və onların evinin sökülüb-sökülməyəcəyi barədə heç bir izahat verməyiblər. Gülqayıb da bir çox digərləri kimi köçməyə ümid edir.

Bir neçə yerli sakin məndən dövlət nümayəndəsi olub-olmadığımı və köçürlmə məsələsində onlara kömək edib-edə bilməyəcəyimi soruşurdu.

Bu barədə daha geniş