Zahid Oruc ATƏT-in hesabatı barədə: "Ölkənin prezidenti beynəlxalq məkan tərəfindən tanınır"

erkən prezident seçkiləri, seçkilər, prezident seçkiləri 2018, seçki günü, seçki Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images
Image caption Azərbaycanda 11 aprel erkən prezident seçkiləri

Millət vəkili, növbədənkənar prezident seçkisində namizəd olan və Mərkəzi Secki Komissiyasının (MSK) nəticələrinə görə, ikinci yeri tutan Zahid Orucun fikrincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının (DTİHB) nümayəndələri diplomatik davranıblar:

"Deyirdilər ki, çoxlu müsbət məqamlar var, namizədlərə kənar basqı yoxdur, polisin müdaxiləsi yoxdur və s. Ancaq bu dediklərinin heç birini hesabatda yazmayıblar", Zahid Oruc bildirib.

"Seçki gününün baş verən qanun pozuntularının hərtərəfli və müstəqil araşdırılması tövsiyə olunur. Bu zaman mövcud olan veb kamera görüntülərinə, imzalanmış seçici siyahılarına eləcə də etibarlı və etibarsız bülletenlərə nəzər yetirilməlidir",- bu fikirlər ATƏT DTİHB-in çərşənbə günü nəşr olunan yekun hesabatında yer alıb.

Hesabatda DTİHB Azərbaycan hökümətinə irad və tövsiyələrini açıqlayıb.

Zahid Oruc hesab edir ki, ATƏT-in belə bir hesabatı olsa da, "ölkənin prezidenti beynəlxalq məkan tərəfindən tanınır".

"Tövsiyələrin yerinə yetrilməsi üçün siyasi iradə lazımdır"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) təşkilatının rəhbəri Anar Məmmədli hesab edir ki, yekun hesabat əslində əvvəlki hesabatlardan fərqlənmir.

Bu hesabatda da ATƏT-in ekspertləri seçki ilə bağlı mümkün inkişafın nəticənin əldə olunması ilə bağlı uyğun tövsiyələr irəli sürüblər, o deyir.

"ATƏT-in müşahidə missiyasının tövsiyələrinin həyata keçirilməsi üçün Azərbaycan hakimiyyətindən siyasi iradə tələb olunur. Ancaq təəssüf ki, Azərbaycan hakimiyyətinin bununla bağlı heç bir siyasi iradəsi yoxdur", Anar Məmmədli əlavə edir.

Seçki Müşahidə Missiyasının yekun hesabatında nə var?

Media daxil plüaralizmin olmaması fonunda bu seçkidə real rəqabət çatışmayıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) çərşənbə günü nəşr olunan yekun hesabatında deyilir.

Vurğulanır ki, namizədlər hazırkı prezidenti birbaşa təndiqdən qaçıblar.

Müşahidə Missiyası tövsiyə edir ki, seçki günündə baş verən qanun pozuntuların hərtərəfli və müstəqil araşdırılsın,

Qurum prezident seçkiləri ilə bağlı Azərbaycana beynəlxalq standartlara və öhdəliklərinə əməl etməyi tövsiyə edir.

DTİHB erkən prezident seçkiləri ilə bağlı yekun hesabatında seçki qanunvericiliyinə yenidən baxılmasını və ətraflı məsləhətləşmə keçirilməsini məsləhət görür.

Sənəddə Azərbaycan qanunvericiliyini beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırmağa, hüquq və azadlıqları təmin etməyə və əvvəlki DTİHB və Avropa Şurasının təkliflərinə əməl etməyə çağırılır.


Həmçinin oxuyun:


Həmçinin sənəddə seçki komissiyalarının yenidən formalaşdırılması təkliflər arasındadır.

"Tövsiyə edilir ki, seçki kampaniyaları hədə-qorxusuz şəraitdə keçirilsin və səlahiyyətli şəxslər və siyasi partiyalar dövlət müəssisələrində çalışanlara və başqalarına təzyiq etməkdən çəkinsin",- yekun hesabatda belə deyilir.

Hesabat qeyd olunur ki, seçkidən sonra bəzi müstəqil müşahidəçilərin MSK saytında saatlıq seçici fəallığı statistikasında qeyri-adi rəqəmlər aşkar etdiyindən sonra bu statistikalar MSK saytından çıxardılıb.

DTİHB şəffaqlıq üçün MSK-nın rəsmi saytında dərc olunan statistikaların ictimai nəzarət üçün daimi saxlanmasını tövsiyə edib.

DTİHB, həmçinin şikayətlənib ki, MSK-nın ləğv etdiyi nəticələrlə bağlı ətraflı izah verməyib.

Tövsiyələrdə məhkəmələr tərəfindən saytların bloklanması və böhtanın dekriminallaşdırılması da öz əksini tapıb.

"Namizədlik üçün təhsil və vətəndaşlıq öhdəliklərinin aradan qaldırlması, sərbəst toplaşmağa qoyulan lazımsız qadağaların aradan qaldırılması" kimi ifadələr də hesabatın mətnində yer alıb.

Sənədin yekununda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana bu öhdəlikləri həyata keçirməkdə dəstək verməyə hazır olduğu bildirilib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Seçkidən sonra ATƏT-in DTİHB beynəlxalq müşahidəçilərinin seçki sonrası mətbuat konfransında qalmaqal baş verib

İlkin hesabata münasibətlər

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əvvəlki hesabatında da oxşar tövsiyələr verib.

YAP-dan olan millət vəkili, namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Aydın Hüseynov ilkin hesabatı qiymətləndirən zaman BBC News Azərbaycancaya demişdi ki,"Azərbaycandada keçirilən seçkilərin qanunlara söykənib".

Cənab Hüseynov deyib ki, seçki komissiyaları Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun təşkil olunub və əgər Seçkiləri Müşahidə Missiyası seçki komissiyalarının azadlığını şübhə altına alırsa, konkret qanun pozuntusu faktını göstərməlidir.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bildirmişdi ki, seçkiqabağı kampaniya gedişində namizədlərin öz çıxışlarında "kifayət qədər kəskin tənqidi fikirlər" söyləyib.

DTİHB-nun müşahidə apardığı erkən prezident seçkiləri aprelin 11-də keçirilib.

Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, İlham Əliyev 86,03 % səs çoxluğu ilə seçkinin qalibi olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş