İlham Əliyev Fransada kimlərlə görüşüb?

İlham Əliyev, Fransa, SADE, Naval, şirkət prezidentləri Fotonun müəllifi AZERTAG
Image caption İlham Əliyevin Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşü

Azərbaycan prezidenti İlham Əliyev prezident Emmanuel Macronun dəvəti ilə Fransadadır.

Avropa ölkəsinə bir günlük səfəri zamanı İlham Əliyev təkcə siyasətçilərlə yox, Fransanın hərbi sənyae, nəqliyyat, inşaat, metro tikintisi sahələrində məşğul olan iri şirkət rəhbərləri ilə görüşüb.

Azərtac xəbər verir ki, İlham Əliyev Fransanın "The Bouygues group", "Naval", IVECO, SADE və CIFAL kimi şirkətlərin rəhbərləri ilə görüşüb və onların Azərbaycanla əməkdaşlıq prespektivini müzakairə edib.

Şirkətlərin bəzisi artıq Azərbaycanda fəaliyyət göstərir.

Onlardan biri "Bouygues Travaux Publics" şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu söyləyib.

"Hərbi əməkdaşlıq üçün imkanlar var"

İlham Əliyev "Naval" qrupunun rəhbərliyi ilə görüşündə Azərbaycan və Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıb.

Müzakirələr zamanı bildirilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində işləyir, - Azərtac xəbər verir.

"IVECO-nun avtobusları Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlər həll edib"

"IVECO France" ilə görüşdə şirkətin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyi vurğulanıb. Prezident bu avtobusların Bakının nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğulayıb.

Dövlət başçısı "IVECO" avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını deyib.

"IVECO France" şirkətinin prezidenti Silvan Blez deyib ki, Bakıda avtobus deposu beynəlxalq normalara uyğun təşkil olunub. O, şirkətinin avtobuslarının Bakının ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər texnikalarının da kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini söyləyib.

Bu barədə daha geniş