Nabranda "itkin düşən 3 yaşlı uşaq tapılıb"

itgin düşən uşaq, Nabranda itgin düşən uşaq, 3 yaşlı İsmayıl Novruzov Fotonun müəllifi NurPhoto/Getty Images

Xaçmaz rayonunun Nabran qəsəbəsində ailəsi ilə istirahət zamanı "qəflətən yoxa çıxmış" 3 yaşlı İsmayıl Novruzov tapılıb, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirlik bildirir ki, azyaşlı "axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq ailəsinə təhvil verilib".

Körpə İsmayıl dünən axşam saatlarından bəri itkin idi və rəsmi qurumlar tərəfindən axtarılırdı.

Hadisə həftənin bazar günü baş verib, FHN-in yaydığı məlumatda deyilir.

İtkin düşmüş İsmayılın əmisi Elnur Novruzov BBC News Azərbaycancaya deyib ki, "uşaq yoxa çıxmamışdan az əvvəl atası və babasının yanında olub".

"Otelin ərazisində axtarmadığımız yer qalmayıb, meşəni və dəniz qırağını da axtarmışıq, heç yerdə yoxdur. Otel dənizdən uzaqdır, 3 yaşlı uşaq özü o qədər yolu gedə bilməz".

Elnur Novruzovun sözlərinə görə, indi ailəsi azyaşlının oğurlanmasını ehtimal edib və buna görə də polisə müraciət edib.

"Tapılacağı təqdirdə pul mükafatı verəcəyik və tapan adamı məxfi saxlayacağıq", Elnur Novruzov deyib.

FHN-nin saytında yayılan məlumata görə, azyaşlının axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər cəlb olunub.

BBC News Azərbaycanca məsələ ilə bağlı hələ ki, DİN-dən məlumat ala bilməyib.

Bu barədə daha geniş