Bloqçu Mehman Hüseynovun vəkili: “7 gün müddəti gözləməməlidirlər”

Mehman Hüseynov
Image caption Mehman Hüseynovun anası ağır xəstədir və onun anası ilə görüşməsi üçün müraciətinə hələki cavab yoxdur

"Mehman Hüseynovun müraciəti təcili məsələdir və təcili olaraq da baxılıb cavab verilməlidir".

Bunu BBC News Azərbaycancaya bloqçu Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bildirib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən isə deyirlər ki, müraciətə baxılır.

Şəhla Hümbətova deyir ki, Mehman Hüseynovun anası ağır xəstədir və onunla görüş üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub, lakin məsələ təcili olduğu üçün hələ də qərar verilməməsinə təəccüblənir:

"Mənə elektron cavab verilib ki, müraciətiniz cəzaçəkmə müəssisəsinin rəisinə göndərilib", - Şəhla Hümbətova deyib.

Vəkil bildirib ki, müvafiq qanuna görə, müraciətə maksimum 7 iş günü ərzində baxılmalıdır, amma xanım Hümbətova hesab edir ki, "bu, təcili məsələlərə" aid deyil:

"Mehmanla bağlı vəziyyət təcili məsələ olduğu üçün 7 gün müddətini tətbiq etmək lazım deyil. Qanunvericilikdə deyilir ki, ailə üzvünün sağlamlığına və həyatına təhlükə olarsa və ya rəhmətə gedərsə, şəxs müvəqqəti azadlığa buraxıla bilər. Mən də müraciətdə göstərmişəm ki, anasının həyatına təhlükə yaranıb və Mehmanin təcili buraxılmasına ehtiyac var. Buna görə də maksimal müddəti gözləməməlidirlər", - o söyləyib.

Şəhla Hümbətova deyir ki, müvafiq qanunda məhbusun mütləq müvəqqəti azadlığa buraxılmalı olduğu göstərilmir, ancaq tövsiyə edilir.

"Ailə üzvü vəfat edəndə məhbusu müvəqqəti azadlığa buraxmaq təcrübəsi artıq var, amma xəstəliklə bağlı buraxılmasını xatırlamıram. Özü də siyasi məhbusları", - o deyib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "müraciətə baxılıb qanunvericiliyə uyğun ona cavab veriləcək".

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunur.

Bloqçu bu ittihamları qəbul etmir.

Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.


Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.

Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib.

Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub.

"Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır", Rafik Hüseynov deyib.

Bloqçunun vəkili Fuad Ağayev deyib ki, "anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması" üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.

Fuad Ağayev əlavə edib ki, "qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub".

Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.

Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə BBC News Azərbaycancaya bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, "müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək".

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayətilə polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunur.

Bloqçu haqqında olan ittihamları qəbul etmir.

Bu barədə daha geniş