Azərbaycan: Sərnişin qatarlarının gediş haqqı niyə qaldırılır?

Qatar Fotonun müəllifi Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları iyul ayının 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqının, orta hesabla, 10 faiz qaldırılacağını bildirir.

ADY qiymət artımının səbəbini "plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi" ilə izah edib.

Bu barədə qurumun mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumatda deyilir.

İqtisadçı Toğrul Vəliyev qiymət artımının "elə bir iqtisadi əsası olmadığını" deyir.

"Yayda qatarlar tam dolduğuna görə, istismarı artır. Onun da bərpası xərcləri qışa nisbətən artır. Ona görə qiyməti qaldırırlar", iqtisadi təhlilçi əlavə edir.

Hazırda Bakı-Tbilisi reysində plaskart vaqonda bir gedişin qiyməti 22,99 AZN, kupedə 33,72, SV tipli vaqonda isə 57,29 manatdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş