Azərbaycan: Türkiyə ilə şəhərlərarası aviareyslərin sayı 3 dəfə artırılır

Azal, Türk hava yolları, Pegasus, ucuz büdcəli uçuş, türkiyəyə uçuş Fotonun müəllifi PASCAL PAVANI/AFP/GETTY
Image caption İndiyədək həftədə 45 dəfə olan uçusların sayı həftədə 127 reysədək artırılacaq.

Türkiyə ilə Azərbaycan arasında şəhərlərarası sərnişin aviareyslərinin sayı təxminən 3 dəfə artırılır.

İndiyədək həftədə 45 dəfə olan uçusların sayı həftədə 127 reysədək artırılacaq.

Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, sərnişin aviareyslərinin artırılması Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyənin Mülki Aviasiya Baş Direktorluğu arasında olan razılığa əsasında olub.

Nazirliyin məlumatında o da yer alıb ki, "uçuş hüququ Azərbaycanın və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək".

Bakıda keçirilən görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, aviareyslər daimi olaraq fəaliyyət göstərəcək və mövsümü deyil.

Eləcə də aviareyslərin yalnız paytaxdan deyil, eləcə də regionlarda olan hava limanlarından həyata keçiriləcəyi bildirilib.

Bu barədə daha geniş