Azərbaycan və Ermənistan XİN rəhbərləri "Dağlıq Qarabağı müzakirə edəcək"

Xarici İşlər Nazirliyi Fotonun müəllifi Xarici İşlər Nazirliyi

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

Bu barədə məlumatı BBC News Azərbaycancaya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib.

"Görüşün mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesidir", - cənab Hacıyev bildirib.

Onun sözlərinə görə, razılaşdırılmış görüşdən başqa digər bir görüş haqqında da müzakirələr aparılır:

"Sentyabrda baş tutacaq sessiyadan əvvəl də görüş məsələsi var. Hazırda bu məsələyə baxılır", - o bildirib.

Bu barədə daha geniş