Şəhərlərarası avtobuslara nə qədər pul ödəyəcəksiniz?

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Fotonun müəllifi Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Şəhərlərarası avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.

Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yayıb.

Məlumatda deyilir ki, tariflərə son dəyişikliklər 2007-ci ildə edilib və bu müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb.

Qurum bildirib ki, daşıyıcılar sərnişindaşıma tariflərinin aşağı olması barədə onlara çoxsaylı müraciət edib və qurum bu səbəblə tariflərə yenidən baxılması üçün Tarif Şurasına müraciət edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir.

Image caption Şəhərlərarası avtobusların qiymətləri

Əlaqəli mövzular

Bu barədə daha geniş