"Gedirəm işə, amma gələ bilməyəcəm... 50 faiz artım olmaz"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Gedirəm işə, amma gələ bilməyəcəm... 50 faiz artım olmaz"

Bakı sakinləri və eləcə də şəhərlərarası avtobuslardan istifadə edən sərnişinlər 1 avqust səhəri ictimai nəqliyyatdan yeni tariflərlə istifadə etməyə başlayıblar.

BBC News Azərbaycanca bu barədə paytaxtın 20 Yanvar dairəsi ətrafında metro və avtobuslardan istifadə edən şəxslərlə söhbət edib.

Tarif Şurası bazar ertəsi axşamı ictimai nəqliyyatda gediş haqqının azı 50 faiz qaldırıldığını açıqlayıb.

Şura bildirib ki, belə qərar vermək üçün onlara Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər müraciətlər edib.

Həmçinin oxu: