Şəhriyar Məmmədyarov Biel Beynəlxalq Şahmat Festivalının çempionudur

Arxiv. Şaxriyar Məmmədyarov Dünya Şaxmat Çempionatında Fotonun müəllifi Getty Images

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov çərşənbə günü sona çatan Biel Beynəlxalq Şahmat Festivalının qalibi olub.

FİDE (Dünya Şahmat Federasiyası) reytinqi ilə 3-cü olan Şəhriyar Məmmədyarov dünya çempionu, norveçli Magnus Carlsen-i çərşənbə axşamı günü məğlub edərək turnirdə birinci yeri qazanıb.

Çərşənbə günü isə, o, rusiyalı Pyotr Svidlerə qarşı turnirdəki son oyununu heç-heçə bitirərək turniri 7.5 xal ilə bitirib.

Bundan əvvəl Şəhriyar Məmmədyarovun Magnus Carlsen üzrə son qələbəsi 2008-ci ildə olmuşdu.

Bu turnirdəki qələbəsinə baxmayaraq, 33 yaşlı azərbaycanlı şahmatçının dünya çempionu tituluna bu il sahib olması mümkün olmayacaq.

Dünya çempionuna qarşı oynamaq haqqını qazanmaq üçün, dünyanın ən güclü şahmatçıları İddiaçıların Turniri adlı tədbirdə iştirak edirlər.

O, bu ilin mart ayında keçirilən İddiaçıların Turnirində ikinci yerə sahib olub.

İddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Caruana, hazırki dünya çempionu Magnus Carlsen-lə dünya çempionu titulu üzrə bu ilin noyabr ayında mübarizə aparacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş