APA-nın fəaliyyətini şirkət "özü dayandırıb"

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı Fotonun müəllifi APA
Image caption APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı

APA xəbər saytının işləməməsi şirkətin öz qərarı ilə bağlıdır, APA Holdinqin rəhbəri deyir.

"Müəyyən problemlərə görə APA Holdinqə daxil olan saytların fəaliyyətini şirkət özü dayandırıb", APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırmalar aparılır və yaxın günlərdə nəticə barədə məlumat veriləcək.

Bundan öncə isə APA Holdinq Prezident İlham Əliyevin sözlərini təhrif etdiyini etiraf edərək üzr istəyib.

Avqustun 1-i axşam saatlarından APA Holdinqə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb.

Məhdudiyyət yaranmazdan əvvəl APA agentliyi bir təkzib yaymışdı.

Təkzibdə deyilirdi ki, Prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının mətnində yanlışlığa yol verilib.

Holdinqin məlumatında bildirilirdi ki, agentlik İlham Əliyevin sözlərini təhrif edib.

"Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik", APA-nın saytındakı və Haqqin.az və digər saytların istinad etdiyi xəbərdə belə deyilirdi.

Əslində isə Prezidentin çıxışında həmin cümləni bu şəkildə dediyi məlum olub:"Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq".

Bu barədə daha geniş