Bakı sakinləri telefonların qeydiyyat rüsumunun qalxması haqqında: "Pensiya qalxmır, maaş qalxmır"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Telefonların qeydiyyat rüsumu artımı: "Pensiya qalxmır, maaş qalxmır"

Nazirlər Kabinetinin yeni qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri bir neçə dəfə qaldırılıb.

Əvvəl bu rüsum 5 AZN idi. İndi isə 20-150 manat arasında dəyişir.

BBC News Azərbaycancaya danışan Bakı sakinləri bu məsələyə münasibət bildiriblər.