Bakı: ağacların dibinə tökülmüş məhlulda "sulfat və nitrat ionu çox olub"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiya ağacların dibinə tökülmüş məhlul analiz Fotonun müəllifi Eco.gov.az

Bakının Ağa Nemətulla küçəsi 1987 ünvanındakı ağacların dibində kimyəvi maddələrin "normadan dəfələrlə artıq olduğu" müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi BBC News Azərbaycancaya bildirib.

Məlumatda bildirilir ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin ağac diblərindən götürülmüş nümunələr üzərində aparıldığı analiz nəticəsinə görə, dörd ağacın dibində "sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu aşkarlanıb".

Avqustun 1-də ETSN-ə Ağa Nemətulla küçəsi 1987 ünvanındakı ağacların "zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi" ilə bağlı şikayət daxil olub.

Həmin vaxt ağacları "zədələdiyinə" görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub.

Rəsmi məlumatda o da deyilir ki, Tofiq Balayevə həmin ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə icrası məcburi olan yazılı göstəriş də verilib.

ETSN əlavə edib ki, faktla bağlı toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Bu barədə daha geniş