Gömrük yığımlarının artırılması idxal mallarının qiymətinə necə təsir edəcək?

Gömrük, Hümrük komitəsi, gömrük yığımları, Azərbaycan gömrüyü Fotonun müəllifi VCG
Image caption Gömrük yığımları 50% artırılıb.

Dövlət Gömrük Komitəsi gömrük yığımlarının artırılmasını gömrük rüsumlarının artırılması kimi başa düşülməsindən narazıdır.

Komitə bəyan edib ki, gömrük yığımlarının artırılması "daxili bazarda heç bir qiymət artımına səbəb ola bilməz".

Ancaq təhlilçilərə görə, gömrük yığımlarının artırılması ölkəyə idxal olunan malların qiymətinə də təsir edəcək.

Fotonun müəllifi Zöhrab İsmayıl
Image caption "Gömrük yığımlarının artırılması idxal olunan malları bir qədər bahalaşacaq"

"...idxal olunan malları bir qədər bahalaşacaq"

İqtisadi təhlilçi Zöhrab İsmayıl hesab edir ki, gömrük yığımlarının artırılmasını gömrük rüsumlarının artırılması kimi qələmə vermək doğru deyil.

Onun sözlərinə görə, gömrük yığımları gömrük rəsmləşdirilməsi aparılarkən göstərilən xidmətlər qarşılığında alınan yığımlardır.

"Məsələ əvvəl dəyəri min manatlıq mal üçün bu xidmət 10 manat nəzərdə tutlmuşdu indi isə 15 manat olub", - Zöhrab İsmayıl belə deyib.

Komitə Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə qərarına şərh verərək bildirib ki, bu qərar gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarına aiddir.

Qiymət artımı

Zöhrab İsmayıl hesab edir ki, gömrük yığımlarının artırılması ölkəyə idxal olunan malların qiymətinə təsirsiz ötüşməyəcək.

O qeyd edir ki, "gömrük yığımlarının 50 % artırılması" qiymətlərin artımına böyük təsir etməsə də fərq hiss olunacaq. Əvvəl bu yığımlar malların dəyərində bir faiz idisə indi bu artımdan sonra olacaq 1.5 %".

Burada söhbət terminaloji fərqdən gedir, amma sözsüzki bu idxal olunan malların bir qədər bahalaşmasına təsir göstərəcək.

Zöhrab İsmayıl deyir ki, bu artımlara səbəb hökümətin dövlət büdcəsini doldurmaqla bağlı probleminin olmasıdır.

"Son bir neçə həftə ərzində istər telefonların qeydiyyat rüsumunun artırılması, şəxsi avtomobillərin qeydiyyatı zamanı ödənişin artırılması, ictimai nəqliyyatda qiymətlərin artırılması bunlar göstərir ki, Azərbaycan hökümətin dövlət büdcəsini Neft fondundan gələn vəsaitlərdən kənar doldurulması problem var", - Zöhrab İsmayıl belə deyir: "Bu problemin həlli də iqtisadi inkaşfla yox, sahibkarlığın, özəl sektorun inkişafıyla yox, yeni iş yerlərinin yaradılmasıyla yox məzh rüsumların, yığımların artırılması hesabına aparılır".

Cənab İsmayıl deyir ki, burada əsas diqqət yetirilməli amil bütün bu artımların vətəndaşların "cibindən" çıxan vəsaitlər hesabına ödənilməsidir.

Gömrük Komitəsindən isə bildirilib ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlar nəzərə alınıb.

Qurum bildirir ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən, bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub.

Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir.

Eyni zamanda 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb.

2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub.

Nazirlər Kabinetinin qərarına görə, gömrük yığımlarının artırılması sentyabrın 6-dan qüvvəyə minəcək.

Dövlət komitəsi izahat verib ki, gömrük yığımları dedikdə "gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar " nəzərdə tutulur.

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Telefonların qeydiyyat rüsumunun qalxması: "Pensiya qalxmır, maaş qalxmır"

Bu barədə daha geniş