Azərbaycanda DTX radikal dini ekstremist qrupun üzvü olduğu deyilən şəxsi öldürdüyünü bildirib

Dövlət Təhlükəsizlik Xidməti Fotonun müəllifi DTX

Azərbaycanda "radikal dini ekstremist qrupun üzvü" olan şəxsin "terror aktı planlaşdırması barədə" məlumat yayılıb.

"Radikal dini ekstremist qrupun üzvü" olan şəxsin "silah-sursat və partlayıcı maddələr əldə etməsi və ölkənin şimal rayonlarında terror aktı planlaşdırması barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib", BBC News Azərbaycancaya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq iddia edib ki, avqustun 28-də həmin şəxsin Xaçmaz rayonu ərazisində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı həmin şəxs təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib.

DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən "cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Nizami Nəcəfov" öldürülüb, Baş Prokurorluq bildirib.

Bu barədə daha geniş