Nazirlik BBC News Azərbaycancanın reportajından sonra araşdırmaya başlayıb

Acınohur gölü ətrafında ceyran sürüsü Fotonun müəllifi Azertac
Image caption Acınohur gölü ətrafında ceyran sürüsü

BBC News Azərbaycancanın "Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?" başlıqlı təhqiqat reportajından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb.

Azərtac xəbər verir ki, nazirliyin əməkdaşları Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin 7500 hektarının əkin üçün "Aqroinkişaf-2017" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrıldığını müəyyənləşdirib.

BBC News Azərbaycanca mövqe öyrənmək üçün adıçəkilən şirkətlə əlaqə saxlamağa çalışsa da, 7500 hektar torpaq sahəsini icarəyə götürən şirkət haqqında heç bir məlumat almaq mümkün olmamışdır.

"Ərazinin adıgedən quruma ayrılmasında məqsəd aqrotexniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınmasıdır", Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azərtac-a bildiriblər.

Qurumun açıqlamasına görə, şirkət Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağını bildirib.

Fotonun müəllifi Ecofront
Image caption Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə kənd təsərrüfatı məqsədi ilə şumlama işlərinə başlanıb.

Nazirlikdən verilən məlumata görə, ceyranların yaşam vəziyyətinin daha da yaxşılaşdırılması üçün su probleminin həlli, yem bazasının yaxşılaşdırılması istiqamətində şirkətlə əməkdaşlıq edilməsi qərara alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesab edir ki, Acınohur gölünün cənubunun və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə ceyranların yem bazası azalır, sürüləri qoruyan itlər ceyranlara birbaşa təhlükə yaradır.

Ona görə də "gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub", məlumatda vurğulanb.

Bu barədə daha geniş