Braziliyada 20 milyon dəyərli eksponatı olan muzey yanır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Braziliya: yanğının məhv etdiyi 200 yaşı olan muzey

Braziliyada 200 illik tarixi olan muzey yanır.

Rio de Janeiro-da yerləşən Milli Muzeydə yanğın bazar günü axşam başlayıb.

Muzeydə 20 milyondan çox eksponat saxlanırdı. Onların arasında Amerika qitəsində tapılmış 12 min il tarixi olan qadın skeleti, dinozavr sümükləri, Misirə aid çoxlu tairxi eksponatlar var idi.

O cümlədən, muzeydə yunan-Roma dövründən qalan incəsənət əsərləri də nümayiş etdirilirdi.

Yanğınsöndürənlərin alovla mübarizəsi hələ ki, nəticəsizdir.

Yanğının səbəbləri məlum deyil.


Rioda vacib məsələlərin böhranı

Katy Watson, BBC Cənubi Amerika müxbiri

Alov dillərində yoxa çıxan sadəcə Braziliyanın tarixi deyil. Bir çoxları bunu şəhərin, hətta bütövlükdə ölkənin metaforası kimi görür.

Rio de Janeiro böhrandadır. Artan şiddət, dərin iqtisadi tənəzzül və siyasi korrupsiya bir vaxtların Rio de Janeirosunun sadəcə gölgəsini yaradıb. Bu elə də uzaq deyil, 2016-cı ildə şəhər milyonların sovrulduğu Olimpiya Oyunlarına ev sahibliyi etdi.

İdman oyunlarının "xumarı" Rionu bərk "vurdu". Bundan başqa, federal xərclərin ləğv olunması və şiddətin artması turizmdə də rəqəmlərin azalmasına gətirib çıxardıb.

İndi bu dağıdıcı nəticə Braziliya irsinin üzünmüddət gözardı edilməsi və az maliyyələşdirilməsindən doğur.


Fotonun müəllifi Reuters
Image caption Muzeydə 20 milyon ekspoat saxlanırdı

Braziliya prezidenti Michel Temer deyib ki, "bu, braziliyalılar üçün kədərli gündür. O bildirib ki, 200 illik araşdırma, iş, biliklər itirilir".

Bina Portuqaliya kral ailəsinə məxsus olub.

Muzey əməkdaşları əvvəllər maliyyə çatışmazlığından, binanın baxımsız qalmasından şikayətləniblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş