Gültəkin Hacıbəyli: "yanlışlığa görə məndən üzr istənilib"

Gültəkin Hacıyeva, AŞPA, sanksiyalar, Milli Şura Fotonun müəllifi Aziz Karimov
Image caption AŞPA Gültəkin Hacıbəylinin adını sanksiya siyahsından çıxarıb

AŞPA hazırkı və keçmiş üzvlərinə qarşı korrupsiya iddiaları çərçivəsində tərtib etdiyi sanksiya siyahısından Gültəkin Hacıbəylinin adını çıxarıb.

"Mənə münasibətdə komitə yanlışlığa yol verib. Ona görə də onlar bu yanlışlığı düzəldərək mənim adımı həmin siyahıdan çıxarıblar",- keçmiş millət vəkili Gültəkin Hacıbəyli BBC News Azərbaycancaya deyib.

"Çərşənbə günü axşam saatlarında mənim elektron poçtuma Avropa Şurasının "İmmunitetlər və Prosedur Qaydaları Komitəsi" katibliyinin rəhbəri Valerie Klamer məktub göndərib. Həmin məktubda bildirilir ki, adıçəkilən komitənin üç sentyabr tarixli Paris toplantısında mənim onlara göndərdiyim məktub müzakirə olunub".

Keçmiş millət vəkilinin sözlərinə görə, məktubda o Avropa Şurasından heç bir dəvət almadığını, heç bir dəvətdən imtina etmədiyini bildiribmiş.

"O siyahıda 15 nəfərin adı var idi və mənim adım çıxarıldıqdan sonra 14 nəfərin adı qaldı - o cümlədən Elxan Süleymanov və Müslüm Məmmədovun adları da o sanksiya siyahısında qalmaqdadır".

"Bu yanlışlığa görə məndən üzr istənilib",- Gültəkin Hacıyeva əlavə edib.

İyunun sonlarında Avropa Şurası Parlament Assambleyası Müstəqil istintaq orqanının hesabatını dərc edib.

Hesabatda AŞPA-nın ayrı-ayrı üzvləri və keçmiş üzvlərinin korrupsiya iddiaları çərçivəsində davranışı barədə qərar göstərilib.

Qərarda qeyd olunur ki, "Gültəkin Hacıbəyli əməkdaşlıqdan imtina edib, yazılı bəyanatın verilməsi tələbi ilə çağırışlara cavab verməyib".

Qərara görə, ona AŞPA-nın binasına giriş qadağan olunmuşdu.

Bu barədə daha geniş