Zuğulba: Uşaqlar yolda qalır, avtobus götürmür, müəllimlər dərsə buraxmır
Bakıda, Zuğulba-Buzovna yolu üzərində yaşayanlar hər gün sürətli avtomobil yolundan istifadə etməli olurlar.
Çingiz Mustafeyv kücəsinin sakinləri deyirlər ki, bu, onları tez-tez təhlükə ilə üz-üzə qoyur.
Sakinlərin sözlərinə görə, uşaqları məktəbə, uşaq bağçasına aparmaq üçün bu magistral yolu keçməlidirlər. Amma bu ərazidə piyada keçidi yoxdur.