Xalçaçı qadınlar: "Niyə qızın təhsil almasın, niyə kimdənsə asılı olsun?"

Tünzalə Abuzərovanın Masallıda kiçik xalçaçılıq emalatxanası var.

O, bu peşəyə 18 yaşında yiyələnib, amma işlədiyi emalatxana 1990-cı illərin əvvəllərində bağlanıb.

Tünzalə Abuzərova iki ildir ki, "ABAD" kiçik bizneslərə yardım qurumunun dəstəyilə emalatxanasını qura bilib.

O deyir ki, Masallıda qadınlar iş qurmaqdan çəkinir və buna səbəb mühitdir.

Onun tələbələri də BBC News Azərbaycancaya üzləşdikləri çətinliklərdən və ən böyük arzularından danışırlar.

Videosüjeti BBC News Azərbaycanca əməkdaşları Cəmilə İbrahimova və Günel Səfərova hazırlayıb.

Bu barədə daha geniş