Masallı sakini: "Suyumuz çoxdan yoxdur, pulla alırıq"

Masallı rayonunun Qızılağac və Viləş kənd sakinləri illərdir məişətdə istifadə etdikləri suyu pulla alırlar.

34 ildir kəndlərə su daşıyan sürücü, hər gün 2-3 dəfə su gətirdiyini deyir.

Bir çox sakinlərin həyətlərində su quyusu olsa da, bu yetmir. Sakinlər kəndlərə su xətlərinin çəkilməsini istəyirlər.

"Azərsu" ASC isə deyir ki, bu kəndlərə suyun çəkilməsi hələ ki, planda yoxdur, amma bu məsələ gələcəkdə nəzərə alınacaq.

Videosüjeti BBC News Azərbaycanca əməkdaşları Cəmilə İbrahimova və Günel Səfərova hazırlayıb.

Həmçinin bax

Bu barədə daha geniş