Ucqar kənd məktəbinin müəllimi Həbib Əlizadənin ailə həyatı - video

Ucqar kənd məktəbinin məşhur müəllimi Həbib Əlizadə yay tətilini ailəsi ilə birgə doğma Astarada keçirir.

VİDEO açılmırsa, burada izləyin.

Həbib Əlizadə bir neçə ay öncə Facebook social şəbəkəsində sorğu keçirmişdi ki, Bakıya getsin, yoxsa rayonda qalıb işləsin.

Lənkəranın Gəgiran kənd orta məktəbində dərs demiş Həbib Əlizadə məktəbi orda üzləşdiyi problemlərə görə tərk etdiyini deyir.

Ötən tədris ilinin sonunda o, məktəbliləri Bakıya ekskursiyaya aparmaq istədiyi üçün məktəb direktorunun şikayəti əsasında yerli polis idarəsinə çağrıldığını iddia etmişdi.

Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov BBC Azərbaycancaya anlaşılmazlıq baş verdiyini və məsələnin yoluna qoyulduğunu bildirmişdi.

Həbib Əlizadə bu ildən Astara rayonunun Qapıçıməhəllə kəndində dərs deyəcək.

Yeni məktəb, yeni şagirdlər Həbib Əlizadəni necə qarşılayacaq?

Videosüjeti BBC News Azərbaycanca əməkdaşları Günel SəfərovaCəmilə İbrahimova hazırlayıb.

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dərs demək üçün 6-7 saat yol gedən müəllim: Həbib Əlizadə

Bu barədə daha geniş