Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycana gəlib

Erdogan Fotonun müəllifi President.az
Image caption Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan sentyabrın 15-də rəsmi səfərlə Azərbaycan Respublikasına gəlib.

Cənab Erdoğanın şərəfinə Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb, Azərtac xəbər verir.

Türkiyə Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Recep Tayyip Erdoğanın rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İki ölkə liderinin təkbətək görüşündə Azərbaycan və Türkiyə arasında münasibətlərin müzakirə edildiyi deyilir.

Prezidentlər Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər.

Paradda Türkiyənin və Azərbaycanın dövlət himnləri ilə yanaşı, "Çırpınırdın Qara dəniz" və "Azərbaycan" mahnılarının səsləndirildiyi bildirilir.

Bu barədə daha geniş