Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirdiyinə və İlqar Məmmədovun işinə baxılacaq

Avropa Şurası Fotonun müəllifi FREDERICK FLORIN/AFP/GETTY IMAGES

Avropa Şurası Nazirlər Komitəsi 18-20 sentyabr tarixlərində Azərbaycan da daxil olmaqla üzv ölkələrin Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirməsi məsələsinə baxacaq.

Müzakirələrdə İlqar Məmmədov haqqında hökmün icrası da müzakirə olunacaq, Avropa Şurasından BBC News Azərbaycancaya bildirilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədov haqqında qərarı 2014-cü ilin oktyabrının 13-də qəti qüvvəyə minib.

Proses iddiaçının hakimiyyəti tənqid etdiyi üçün həbsinin və eləcə də istintaqa qədərki saxlanmasının 5-ci maddə ilə birlikdə qəbul edilmiş 18-ci maddəyə zidd olması haqda idi.

Nazirlər Komitəsi işə sonuncu dəfə 2017-ci il dekabrın 5-də baxıb. O vaxt Komitənin qəbul etdiyi aralıq qətnaməsində Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycanın Konvensiya qarşısındakı öhdəliklərini yerinə yetirib-yetirməməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət qərarı əksini tapıb.

İlqar Məmmədov 2018-ci il avqustun 13-də azadlığa buraxılıb.

Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland məhkəmənin qərarına münasibətini bildirib:

"Bu gün Şəki Apelyasiya Məhkəməsinin beş ildən artıq həbsə qalmış mühüm insan haqları müdafiəçisi İlqar Məmmədovu azadlığa buraxılması qərarı barədə xəbər xoş qarşılanmalıdır.

Biz Avropada siyasi məhbuslar qəbul edə bilmərik. Günahsız insanlar azadlıqlarından məhrum edilməməli və Avropa İnsan Haqları Məhkəməsinin hökmləri icra edilməlidir", Thorbjørn Jagland bəyan edib.

İlqar Məmmədovun azad edilməsi qərarının ardından Avropa Şurası Katibliyi Azərbaycan hökumətinə məktubla müraciət edərək cənab Məmmədovun cəzasının və sınaq müddətinin nə vaxt başa çatması, azad edilməsinin şərtləri və s haqda dəqiqləşdirici məlumatlar tələb edib.

Bu barədə daha geniş