Sevil Nuriyevanın əri Türkiyədə öldürülüb

Sevil Nuriyeva Fotonun müəllifi Sevil Nuriyeva Facebook
Image caption Sevil Nuriyeva

Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu çərşənbə günü İstanbulda öz ofisində öldürən şəxs yaxalanıb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Habertürk xəbər verir ki, Etimad İsmayılovu güllələdiyi ehtimal edilən şəxs və onun sürücüsü İstanbulda yaxalanıb.

Həmin şəxsin azərbaycanlı və keçmiş polis zabiti olduğu bildirilir.

Azərbaycan mətbuatının yazdığına görə, Etimad İsmayılov bir neçə ildir ki, Türkiyəyə köçmüş və orda biznes qurmuşdu.

Hadisənin çərşənbə günü Etimad İsmayılovun İstanbulun Bakırköy rayonunda yerləşən ofisində baş verdiyi bildirilir.

Habertürk yazır ki, Etimad İsmayılovu vuran şəxslə arasında borc məsələsi üzündən mübahisə yaranıb və həmin şəxs Etimad İsmayılova başından və ürəyindən atəş açıb.

Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Bu barədə daha geniş