Azərbaycan və Ermənistan xarici işlər nazirləri "3 saatdan çox" danışıblar

Azərbaycan və Ermənistan xairci işlər nazirləri Fotonun müəllifi XIN

Azərbaycan və Ermənistan xairci işlər nazirləri arasında danışıq "3 saatdan çox" çəkib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) BBC News Azərbaycancaya verilən məlumatda deyilib.

Çərşənbə günü ABŞ-ın Nyu-York şəhərində erməni həmkarı Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, o cümlədən, bölgədə "dayanıqlı sülhə" nail olmağın yolları barədə müzakirə aparıblar.

Elmar Məmmədyarov müzakirələri "maraqlı və mühüm fikir mübadiləsi" kimi qiymətləndirib: "Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq", nazir bildirib.

Azərbaycan və Ermənistan xairci işlər nazirləri ilə görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərlərini verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Bu barədə daha geniş