Avropa Məhkəməsi: "İntiqam Əliyevin həbsi siyasi motivli olub"

Intiqam Əliyev Fotonun müəllifi Azad Fikir Universiteti
Image caption İntiqam Əliyevin işinə görə AİHM Azərbaycanı cərimələyib.

Avropa İnsan haqları Məhkəməsi vəkil İntiqam Əliyevin işi üzrə qərarını elan edib.

Qərarda bildirilir ki, Azərbaycan hakimiyyətinin davranışı siyasi motivli olub və İntiqam Əliyevin insan haqları sahəsində aktivliyini cəzalandırmaq məqsədi daşıyıb.

Qərara əsasən onun 2014-ci il avqustunda saxlanılması ilə bağlı Konvensiyanın "saxlanma şəraiti", "azadlıq hüququ" və "hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi" maddələri pozulub.

Konvensiyanın pozuntularına görə, kompensasiya ödənilməsi nəzərdə tutulur.

Bu məqsədlə mənəvi zərərə görə 20 min, məhkəmə xərclərinə görə 6 min 150 avro məbləğində kompensasiya müəyyən edilib.

Avropa İnsan Haqları Məhkəməsi bundan əvvəl bu maddə üzrə Rəsul Cəfərov, İlqar Məmmədov, Anar Məmmədli haqqında da eyni maddə ilə qərar çıxarıb. Həmçinin bax:

Bu barədə daha geniş