Binədə qəza: BBC müxbirləri şlaqbaumu necə gördü?

Dəmir yolları rəsmiləri qəza zamanı şlaqbaumun bağlı olduğunu iddia edir.

Azərbaycan Dəmir Yolları idarəsi Binə qəsəbəsində bazar ertəsi baş verən qəzanın yeni görüntülərini yayıb.

Görüntülərdə qatarın gəlmək anı və toqquşmadan sonrakı kadrlar göstərilir.

BBC News Azərbaycancanın qəza olan yolda çəkdiyi kadrlarda isə fərqli mənzərə görünür.

Maşınların qatarı gözləməsi yerinə, qatar hərəkətini dayandırır, avtomobillər yoldan keçir və bu zaman şlaqbaum açıqdır.

Novbəti qatar keçən zaman isə yenə də şlaqbaum açıqdır, amma bu dəfə əlində bayraq tutan dəmir yolu işçiləri yoldaki hərəkəti dayandırırlar.

Şlaqbaumun özü isə bu enli yol üçün çox qısadır.

Sakinlər deyir ki, yol göstərən işçilər qəzadan sonra gəlib və qəza olan gün yalnız bir nəfər işçi olub.

Yerli sakinlər qəza olan gün xəsarətət alanları xəsəxanaya göndərdiklərini deyiblər.

Sakinlərin köməyilə qəzadan sonra yararsız halda olan avtobus hadisə yerindən aparılıb.

Bu barədə daha geniş