İlham Əliyev: "Bu il Bakıya 300 yeni müasir avtobus gətiriləcək"

İlham Əliyev, prezident, Nazirlər Kabineti Fotonun müəllifi AZERTAG

"Baş verən qəzalar vətəndaşlar üçün çox böyük faciədir", prezident İlham Əliyev Binə qəsəbəsində qatarla avtobus toqquşması ilə bağlı bildirib.

İlham Əliyev sürücülərin yoxlanılmasında problemlərin olduğunu deyərək əlavə edib ki, "onların psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur".

Onun sözlərinə görə, "avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir".

Prezident bildirib ki, özəl sektor ictimai nəqliyyatda özünü doğrulda bilməyib.

"Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə", İlham Əliyev belə deyib.

Prezident xatırladıb ki, ictimai nəqliyyat sahəsində uğurlu olan dövlət şirkəti, "Bakubus" var və işlər onun xətti ilə davam etdirməlidir.

İlham Əliyev onu da deyib ki, bu il Bakıya əlavə 300 yeni müasir avtobus gətiriləcək və əgər gələn il maliyyə imkanımız olsa, minimum 300, maksimum 500 yeni avtobus gətirilməlidir.

Fotonun müəllifi president.az

Çərşənbə axşamı günü prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasını keçirib.

Gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq, iqtisadi sahədə, xüsusilə vergi və gömrük sahəsində islahatlar olacaq, prezident Əliyev deyib.

Prezident Əliyev bildirib ki, regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı dördüncü dövlət proqramı hazırlanır və bu proqramda "konkret vəzifələr əks olunub", agentlik yazır.

İclasda, həmçinin vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.

Bu barədə daha geniş