Suraxanıda bibər qazından zəhərlənən şagirdlərin vəziyyəti yaxşıdır

Suraxanı 76 saylı məktəb Fotonun müəllifi Getty Images
Image caption "Suraxanı rayonu 76 saylı məktəbdə bibər qazı sıxılmasından zəhərlənmiş uşaqların vəziyyəti yaxşıdır, onlar artıq evə buraxılıblar".

Suraxanı rayonu 76 saylı məktəbdə bir şagirdin bibər qazı sıxması nəticəsində zəhərlənərək, Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 9 şagird evə buraxılıb.

Məlumatı Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova BBC News Azərbaycancaya verib. O deyib ki, uşaqların vəziyyəti yaxşıdır, "onlar evə buraxılıblar".

Çərşənbə günü səhər saatlarında Suraxanı rayonu 76 saylı məktəbdə bir şagirdin bibər qazı sıxması nəticəsində 9 şagird zəhərlənib.

Nazirliyin sözçüsü Səfayə Əhmədova BBC News Azərbaycancaya bildirib ki, şagirdlərdən bir neçəsi Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Uşaqların vəziyyətləri yaxşıdır. Təcili Tibbi Yardım məktəbdən doqquz şagirdi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib. Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir", nazirliyin sözçüsü bildirib.

Suraxanı 76 saylı məktəbdən bildiriblər ki, hadisə tənəffüs vaxtı baş verib.

"Çərşənbə günü saat 10:30-da şagirdlərdən biri məktəbin dəhlizində bibər qazı qazı buraxıb. Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də bundan təsirləniblər. Dərhal təxliyyə olunan şagirdlərə ilkin tibbi yardım göstərilib", məktəbdən bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş