15 yaşlı azərbaycanlı qız Olimpiya çempionu olub

Yelizaveta Luzan Fotonun müəllifi AGF
Image caption 15 yaşlı azərbaycanlı gimnast Yelizaveta Luzan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

15 yaşlı azərbaycanlı gimnast Yelizaveta Luzan Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında komanda hesabında qızıl medal qazanıb.

Bu barədə BBC News Azərbaycancaya Azərbaycan Gimnastika Federasiyasından məlumat veriblər.

Federasiyadan bildiriblər ki, fərdi rəqabətlə yanaşı, çempionatda bütün iştirakçılar dünya gimnastika ulduzlarının adlarını alan on iki komandaya ayrılıblar.

"Luzan dördqat olimpiya çempionu Simona Bilesin adını almış komandaya qatılıb. İdman və bədii gimnastika, batut gimnastikası və akrobatikanı təmsil edən Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstanlı idmançılarla yarışmaq şansı qazanıb", qurumdan deyiblər.

Oyunun iştirakçıları, o cümlədən, Luzan fərdi çıxışlar zamanı komanda yoldaşları kimi topladıqları ballarla Biles komandasını birinci edib, federasiyadan bildiriblər.

Bundan əvvəl 15 yaşlı azərbaycanlı cüdoçu Vüqar Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov Yəmən, Tacikistan, Dominikan Respublikası və Rusiya idmançılarını məğlub edərək olimpiya çempionu olub.

Azərbaycanı bu Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Cavad Ağayev isə 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş