Erdoğan: Camal Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın

Erdoğan, Kaşıçı, Səudiyyə Ərəbistanı, jurnalistin qətli Fotonun müəllifi Getty Images
Image caption Erdoğan: Camal Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına ərəb jurnalistin qətlində ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Recep Tayyip Erdoğan partiyasının toplantısında etdiyi çıxışında İstanbulda konsulluq binasında öldüyü təsdiqlənən Camal Kaşıkçı (Jamal Khashoggi) cinayəti ilə bağlı danışıb.

O bildirib ki, Səudiyyə Ərəbistanın vətəndaşı olan jurnalistin öldürülməsinin öncədən planlaşdırıldığı haqqında Türkiyə istintaq orqanlarında əsaslı faktlar var.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına cinayətə görə ittiham olunan 18 nəfərin məhkəməsinin İstanbulda aparılmasına çağırış edib.

Erdoğan deyib ki, Kaşıqçı sentyabrın 28-də evlilik sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğu binasına girib.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə istintaq orqanları baş konsulluq binasında doqquz saat axtarış aparıb.

Onun sözlərinə görə, istintaqdan aydın olub ki, onun gəlişi barədə cinayəti törədən adamlara xəbər verilib, bir planlaşdırma, yol xəritəsi qurulub.

Prezident deyib ki, oktyabrın 1-də üç nəfərlik bir qrup Səudiyyə Ərəbistanından İstanbula təyyarə ilə gələrək otelə yerləşib və Baş konsulluğa gedib.

Baş konsulluqdan bir qrup isə İstanbuldakı Yalova və Belgrad Meşəsində axtarış işləri aparıb.

Növbəti gün üç nəfərlik bir qrup daha gəlib.

Onun sözlərinə görə, generallar və təhlükəsizlik işçilərindən ibarət bir qrup isə özəl təyyarə ilə gəlib.

Bu qruplar səhər saat 11-ə kimi ayrı-ayrı qruplar halında başkonsulluq binasına gəlib.

Erdoğan bildirib ki, İstanbul Baş konsulluğunda video müşahidə aparan cihazın yaddaş diski çıxarılıb.

Fotonun müəllifi APF
Image caption Camal Kaşıkçının cəsədi hələ də tapılmayıb

Bu saatdan sonra isə Kaşıkçı baş konsulluğun binasına gəlib.

Axşam saatlarında nişanlısı Kaşıkçının baş konsulluqda zorla saxlanıldığı şikayəti ilə Türkiyə hüquq mühafizə orqanlarına şikayət edib.

Təhlükəsizlik kameraları izləniləndən sonra müəyyən olunub ki, Kaşıkçı konsulluqdan çıxmayıb.

Cənab Erdoğan deyib ki, onlar cinayət günü ərəfəsində 15 nəfərlik təhlükəsizlik, kəşfiyyat və məhkəmə tibbi ekspertlərindən ibarət qrupun gəlməsi sualına hələ də cavab tapa bilməyiblər.

Erdoğan deyib ki, Səudiyyə rəsmləri onun ölümünü 17 gündən sonra etiraf etsələr də, buna əmr verənlər də məsuliyyətə cəlb edilməlidir.

Cənab Erdoğan Səudiyyə Ərəbistanı kralı ilə telefonla danışdığını və əməkdaşlıq barədə razılığa gəldiklərini deyib.

O bildirib ki, məsələ Türkiyənin və beynəlxalq ictimaiyyətin diqqətindədir.

Bu barədə daha geniş