Yeni İstanbul hava limanından "ilk uçuş Azərbaycana ediləcək"

İstanbul Hava Limanı, Türkiyə, Yeni hava limanı, Azərbaycan Fotonun müəllifi Getty Images
Image caption Yeni İstanbul hava limanından "ilk uçuş Azərbaycana ediləcək"

Aeroportun açılışını edən Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "qiyməti olmayan bu şəhərdə tikdiyimiz bu böyük əsərə İstanbul adını verdik".

Türkiyə prezidenti bildirib ki, hava limanının ərsəyə gəlməsi ümumilikdə dörd mərhələdən ibarətdir və açılışı həyata keçirilən ilk mərhələdə 90 milyon sərnişin daşınması nəzərdə tutulub.

"Hava limanından ilk xarici uçuş Azərbaycan və Şimali Kipr Türk Respublikasına həyata keçiriləcək", türk mediası yazır.

Fotonun müəllifi Getty Images

Onun sözlərinə görə, bütün mərhələlər başa çatandan sonra hava limanının sərnişin daşıma qabiliyyəti 150 milyon sərnişinə çatdırılacaq.

"Lazım olsa hətta 200 milyona qədər artırarıq"

Recep Tayyip Erdoğan bildirib ki, lazım gəlsə gələcəkdə hava limanının sərnişin daşıma sayını 200 milyon nəfərə qədər artırmaq olar.

O deyib ki, Atatürk hava limanı adını dəyişmədən xidmət göstərməyə davam edəcək.

Fotonun müəllifi Getty Images

"Atatürk hava limanının fəaliyyət göstərdiyi sahələrin kənarındakı ərazilər millət bağları olaraq İstanbul sakinlərinin istifadəsinə veriləcək. İndiki halda bağlı olan əraizləri də İstanbulun ən böyük sərgi mərkzi halına salacağıq",- prezident Recep Tayyip Erdoğan belə deyib.

O bildirib ki, hava limanının təqribi investisiya xərci 10 milyard avrodur və o, vergilər çıxıldıqdan sonra dövlətə ödəyəcəyi mənfəətin 22 milyard avro olacağını deyib.

Bu barədə daha geniş