Xətai rayonunda ağacların kəsilməsinə etiraz: "Harada oturum, uşağım harada oynasın?"

Video açılmırsa, YouTube-da izləyin.

Bakının Xətai rayonu Xudu Məmmədov küçəsinin sakinləri binalarının önündəki parkın ləğv ediləcəyindən narahatdırlar.

Sakinlər deyir ki, onlara burada yeni binanın tikiləcəyi deyilib.

Sakinlər deyir ki, ötən il burada 11 böyük ağac kəsilib. Daha sonra isə 130 ağac yenidən əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir ki, hazırda həmin ərazidə ağac kəsintisi yoxdur, amma ötən il burada 4 ağac kəsilib və bunu edən şirkət barəsində akt tərtib edilərək məhkəməyə göndərilib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş