Polis sizi saxlayarsa necə davranmalı? - hüquqşünas məsləhəti

Video açılmasa, buradan izləyin.

Vətəndaşları polis saxladıqda onların hansı hüquqlarının olduğu barədə hüquqşünas Cavid Rzazadə BBC News Azərbaycancaya danışıb.

Hüquqşünasın sözlərinə görə, polisin vətəndaşı saxlaması, onun vəzifə səlahiyyətləri, vətəndaşın hüquqları Konstitutsiya, Polis haqqında qanun və Cinayət prosesual məcəllədə göstərilib.

Qanuna görə, vətəndaş polis tərəfindən saxlanıldıqda, ilk növbədə, onun xidməti vəsiqəsini göstərməsini istəməli, nə səbəbdən saxlanılması barədə ondan məlumat almalıdır.

Daha sonra vətəndaş polisin istəyinə görə hüquq mühafizə orqanına getməli və ona qanun tərəfindən verilən hüquqlar polisdən tələb etməlidir.

Fotonun müəllifi Getty/ VYACHESLAV OSELEDKO

Əlaqəli mövzular

Bu barədə daha geniş